Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi həbs edilib
İran təhlükəsizlik qüvvələri Nobel Sülh Mükafatı laureatı və qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədini qəddar şəkildə həbs edib onun fondunun məlumatında deyilir.
Nərgiz Fondu bildirib ki, 53 yaşlı Məhəmmədi digər fəallarla birlikdə ölkənin şərqində yerləşən Məşhəd şəhərində saxlanılıb.
Nobel Komitəsi bu gün Nərgiz Məhəmmədinin amansız şəkildə həbs olunmasından dərin narahat olduğunu bildirib və hakimiyyəti Məhəmmədinin harada saxlanılması barədə dərhal məlumat verməyə, onun təhlükəsizliyini təmin etməyə və qeyd-şərtsiz azad etməyə çağırıb.
İran tərəfi məsələ ilə bağlı şərh verməyib.
BBC News
Gövhər Mehyəddinova
