00:00:00
Yazar
Admin User
16.01.2026 04:17 68 1 dəq oxuma
Dünya

Nobel sülh mükafatının hədiyyə edilməsi hörmət əlamətidir

Nobel sülh mükafatının hədiyyə edilməsi hörmət əlamətidir

ABŞ Prezidenti Donald Tramp Venesuelanın müxalifət lideri Mariya Korina Maçado tərəfindən ona Nobel sülh mükafatının hədiyyə edilməsini hörmət əlaməti adlandırıb.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

 

Tramp bildirib ki, çox şeydən keçmiş gözəl bir qadın adlandırdığı Maçado ilə görüşmək böyük şərəf idi "Mariya mənə Nobel sülh mükafatını gördüyüm işə görə verdi. Qarşılıqlı hörmətin nə gözəl əlaməti. Təşəkkür edirəm, Mariya", - Ağ Ev rəhbəri yazıb.

 

Maçado daha əvvəl 15 yanvarda Trampla görüşündə ona Nobel sülh mükafatını təqdim etdiyini bildirib. "Fox News" daha sonra Amerika liderinin mükafatı qəbul etdiyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər