00:00:00
Yazar
Lalə Qafarova
26.03.2026 20:52 19 2 dəq oxuma
Sosial

Nömrə oğurluğu ilə şantaj: Paytaxtda yeni dələduzluq üsulu

Nömrə oğurluğu ilə şantaj: Paytaxtda yeni dələduzluq üsulu

 

Son günlər paytaxtda avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması və sahiblərindən pul tələb olunması halları narahatlıq doğurur. Xüsusilə Sabunçu rayonunda qeydə alınan son hadisə bu tip cinayətlərin yeni bir üsulla həyata keçirildiyini göstərir. Saxlanılan şəxs oğurladığı nömrələri geri qaytarmaq müqabilində vətəndaşlardan pul tələb edib. Eyni zamanda avtomobillərin şüşələrinin sındırılması ilə müşayiət olunan digər oğurluq halları da qeydə alınıb.
 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanlı bildirib ki, avtomobilinin nömrəsi oğurlanan şəxslər mütləq əvvəlcə 102-yə-Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət etməlidirlər:


"Ardınca isə bununla bağlı ərazi aidiyyəti üzrə polis bölməsinə yaxınlaşaraq şikayət ərizəsini qeydiyyata aldırmalıdırlar. Əgər avtomobil nömrəsi oğurlanan şəxslərə sonradan zəng olunaraq nömrələrin qaytarılması müqabilində pul tələb olunursa, bu artıq hədə-qorxu ilə tələbetmə hesab olunur. Çünki burada faktiki olaraq oğurluq bir tərəfə qalır, əlavə olaraq şəxs əldə etdiyi əşyanı pul müqabilində geri verməyi təklif edir. Bu isə açıq-aşkar hədə-qorxu ilə tələb etmədir. Bəzi hallarda həmin cinayətkar şəxslər vətəndaşlardan polis orqanlarına şikayət etməməyi də tələb edirlər. Düşünürəm ki, ümumiyyətlə bu cür davranışın əsas səbəblərindən biri də nömrələrin dublikatının əldə olunması və ya itirilən nömrələrin bərpası prosedurunun dövlət qurumlarında kifayət qədər bahalı və çətin olmasıdır. Məhz buna görə cinayətkarlar bu nüansdan istifadə edir, xüsusilə bahalı nömrələri oğurlayır və daha sonra onların qaytarılması üçün pul tələb edirlər".


Banuçiçək Məmmədova

#gündəm #nömrə #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər