00:00:00
Yazar
Admin User
09.02.2026 15:53 44 2 dəq oxuma
İqtisadiyyat

“Nota Azərbaycanın suverenliyini nümayiş etdirir”

“Nota Azərbaycanın suverenliyini nümayiş etdirir”

Azərbaycan və Niderland nümayəndələri arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirir ki, Azərbaycan-Niderland iqtisadi dialoqu təkcə ikitərəfli ticarət münasibətləri baxımından deyil, Azərbaycanın uzunmüddətli iqtisadi strategiyası kontekstində də mühüm əhəmiyyət daşıyır:

 

“Niderland Avropanın aparıcı logistika və investisiya mərkəzlərindən biri olmaqla yanaşı, aqrar texnologiyalar, su idarəçiliyi və yaşıl enerji sahələrində qabaqcıl təcrübəyə malikdir. Biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, birgə biznes forumların və B2B görüşlərin təşkili əməkdaşlığın praktik mərhələyə keçidi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Niderland şirkətləri üçün yeni tranzit və logistika imkanları yaradır. Bu, ölkəmizi regional logistika platforması kimi önə çıxara bilər. Bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, qabaqcıl texnologiya və idarəetmə təcrübəsinin ölkəyə transferinə, eləcə də Avropa bazarlarına çıxış imkanlarının genişlənməsinə real töhfə verə bilər. Niderland şirkətlərinin Azərbaycandakı sənaye parklarında və aqrar klasterlərdə iştirakı yerli istehsalın rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Əsas hədəf təkcə ticarət dövriyyəsinin artırılması deyil, uzunmüddətli institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması olmalıdır. Bu yanaşma yeni investisiyaların cəlb olunmasına, məşğulluğun artmasına və iqtisadi dayanıqlığın güclənməsinə şərait yarada bilər.Görüşün sonunda tərəflər ikitərəfli iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi və dialoqun davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər