00:00:00
Yazar
Cavahir Əsgərbəyli
29.04.2026 14:54 15 1 dəq oxuma
Sosial

Növbəti köç karvanı bu kəndlərə çatıb

Növbəti köç karvanı bu kəndlərə çatıb

Növbəti köç karvanı Xocalının 6, Ağdərənin 1 kəndinə çatıb.

 

"İnformator.az" xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə köçürülüb.

 

Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

#baki #köç #gündəm #növbəti #karvanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər