Növbəti köç karvanı Xocavəndə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Xocavənd kəndinə çatıb.
"İnformator.az" xəbər verir ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailə - 135 nəfər köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.