Noyabrda izləniləcək ən yaxşı 12 serial açıqlanıb
Noyabr ayında müxtəlif janrlarda yeni seriallar və sevilən layihələrin yeni sezonları tamaşaçıların qarşısına çıxacaq. Siyahıda tarixi dram, komediya, kriminal, casusluq və fantastika janrında ekran işləri yer alır.
Ayın diqqətçəkən layihələrindən biri Məhəmməd Əlinin həyatından bəhs edən “The Greatest” serialıdır. Layihə boksçunun uşaqlıq illərindən başlayaraq 1960-cı il Olimpiadasına və 1964-cü ildə dünya çempionu olduğu döyüşə qədər olan dövrü əhatə edir. Serial 4 noyabrda Prime Videoda yayımlanacaq.
Həmin gün Apple TV-də “Stick” serialının ikinci sezonu təqdim olunacaq. 5 noyabrda isə Keira Knightley və Ben Whishawun rol aldığı “Black Doves” serialının ikinci sezonu Netflix-də yayımlanacaq.
Noyabrın digər gözlənilən layihələri arasında “The Gilded Age”, “It Gets Worse”, “Rivals”, “The Good Daughter”, “12 12 12”, “Blue Lights”, “The Altruists” və “Dig” serialları da var.
Siyahını 25 noyabrda Prime Videoda yayımlanacaq “Blade Runner 2099” tamamlayır. Baş rolda Mişel Yeo və Hunter Schaferin yer aldığı serial insanlarla replikantlar arasındakı mübarizəni yeni mərhələyə daşıyır.