Nəqliyyat layihələrinin planlaşdırılmasında süni intellektin rolu
Süni intellekt texnologiyaları nəqliyyat sektorunda inqilabi dəyişikliklər yaradır. Layihələrin planlaşdırılmasında trafik analizindən tutmuş yol infrastrukturu optimizasiyasına qədər bir çox sahədə dəstək göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, süni intellektin nəqliyyatda tətbiqi mümkündür:
"Avtobusların hərəkət qrafikini süni intellekt dünyanın bir çox ölkələrində xeyli vaxtdır ki, müəyyənləşdirir. Bu, çox yaxşı haldır, ona görə ki, real insan beyninin hazırladığı qrafiklərdə səhvlər ola bilər. Amma süni intellektlə hazırlanan nəqliyyat sxemində səhv olma ehtimalı çox azdır. O baxımdan süni intellekt təbii ki, əvəzolunmazdır. Bu layihənin tətbiq olunmasının tərəfdarıyam. Əsas funksiyaları avtobusun hərəkət cədvəllərindən başqa, eyni zamanda işçilərin iş qrafiklərini də bir çox ölkələrdə süni intellekt müəyyənləşdirir. Ekoloji cəhətdən nəqliyyata töhfəsi böyükdür. Bəzən nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli qazları süni intellekt tənzimləyir. Bir çox avtomobil istehsalçısı bunu tətbiq edib. Elektrikli avtomobillərdən başqa, benzinlə işləyən avtomobillər də mövcuddur. Benzinlə işləyən avtomobillərə süni intellekt texnologiyasını bir çox avtomobil istehsalçıları tətbiq edirlər. Bu, əvəzolunmaz texnologiyadır".
Gövhər Mehyəddinova
