00:00:00
Yazar
Admin User
26.08.2025 11:35 164 1 dəq oxuma
Mədəniyyət

Nəsimi rayonunda “Milli dəyərlər və Hüquqlar zirvəsi” keçirilib

Nəsimi rayonunda “Milli dəyərlər və Hüquqlar zirvəsi” keçirilib

Nəsimi Rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli dəyərlər və Hüquqlar zirvəsi” mövzusunda maarifləndirici görüş təşkil olunub.


Nəsimi Rayon İcra Hakimiyyəti və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, təhsil müəssisələrinin əməkdaşları, gənclər və şagirdlər iştirak ediblər. Görüş iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.


Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını vurğulayıb, gəncləri Konstitusiyanın verdiyi hüquqlardan səmərəli istifadə etməyə və ölkənin suverenliyinin qorunmasında fəal iştirak etməyə çağırıb.


Nəsimi Rayon Polis İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də çıxış edərək gənclərin hüquqlarının müdafiəsi, ailə dəyərlərinin rolu və intellektual inkişafın əhəmiyyəti barədə məlumat veriblər.

 

Diskussiya formatında davam edən görüşdə iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, suallarını səsləndiriblər. Sonda iştirakçılar təşkilatçılara təşəkkür edərək tədbirin gənclərin maarifləndirilməsində mühüm əhəmiyyət daşıdığını bildiriblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər