00:00:00
Yazar
Admin User
28.08.2025 08:01 162 1 dəq oxuma
Mədəniyyət

Nəsimi rayonunda “Suveren Azərbaycanın Sülhə Doğru Uzanan Hüquq Yolu” adlı tədbir keçirilib

Nəsimi rayonunda “Suveren Azərbaycanın Sülhə Doğru Uzanan Hüquq Yolu” adlı tədbir keçirilib

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə “Suveren Azərbaycanın Sülhə Doğru Uzanan Hüquq Yolu” adlı tədbir baş tutub.


Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.


Məktəbin direktoru Sitarə Abbasova çıxışında hüquqi savadlılığın cəmiyyətin inkişafında oynadığı roldan danışıb. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva isə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsaslarının qoyulduğunu, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb.


Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi Zaur Hacızadə gənclərin hüquqlarının müdafiəsi və sağlam cəmiyyətin formalaşmasında ailə dəyərlərinin rolundan söz açıb. İctimai Şura sədrinin müavini Sənan Hüseynov isə ABŞ-də imzalanan sülh müqaviləsinin Azərbaycanın müasir tarixində əhəmiyyətinə toxunub.


Tədbirdə həmçinin məktəbin tarix müəllimi Pərvin Kərimova Konstitusiyanın qəbulunun 30 illiyini, qanunun aliliyinin əhəmiyyətini və şagirdlərdə dövlətçilik ruhunun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.


Sonda iştirakçılar tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər