00:00:00
Yazar
Admin User
02.09.2025 14:58 145 1 dəq oxuma
İqtisadiyyat

Nyu-York birjasında təbii qaz yenidən ucuzlaşıb

Nyu-York birjasında təbii qaz yenidən ucuzlaşıb

 

Təbii qazın “NYMEX” birjasında oktyabr çatdırmaq üzrə fyuçers qiyməti 0.87% düşərək 1 MMBtu-ya $2957-ə enib. 

 

Bunun Azərbaycana nə dərəcədə təsir edəcəyi ilə bağlı iqtisadiyyatçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki,təbii qaz bazarında,birjalarda qiymətin zaman-zaman enməsi-artması o qədər də önəmli deyil:

 

“Önəmli olan orta qiymətlər,məsələn: orta aylıq,orta rüblük,orta yarımillik,orta illik qiymətlərdir.Hələki kəskin enmələr müşahidə etmirik.Təbii ki,Avropada istehlakçılar üçün qiymətin düşməsi yaxşıdır.Çünki onlar istehlakçıdırlar və qaz alırlar.Qaz nə qədər ucuz olsa,bir o qədər onlara xeyirdir.Amma təşkilatçılar üçün,yəni qaz satan ölkələr,o cümlədən Azərbaycan üçün təbii ki, qazın qiymətinin düşməsi o qədər də yaxşı deyil. Amma Azərbaycan daha çox uzunmüddətli müqavilərlə işləyir və birjalardakı qiymətlərin dəyişməsi çox zaman Azərbaycanın satış həcminə və satışdan əldə etdiyi gəlirlərə bir o qədər də təsir göstərmir”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər