00:00:00
Yazar
Admin User
02.12.2025 18:09 83 2 dəq oxuma
Sosial

Obezitenin artması narahatlıq yaradır

Obezitenin artması narahatlıq yaradır

Son dövrlər klinikalara artıq çəki ilə bağlı müraciətlərin çoxalması diqqət çəkir. Həkimlər deyirlər ki, düzgün qidalanma vərdişlərinin pozulması və sürətli həyat tərzi obezitenin yayılmasını sürətləndirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında dietoloq Ləman Süleymanova bildirib ki, piylənmə müasir cəmiyyətin ən geniş yayılmış problemlərindən biridir və xüsusilə pandemiya dövründən etibarən həm böyüklərdə, həm də uşaqlarda piylənmənin artması statistikalarda açıq şəkildə görünür:

 

"Hamiləlik dövründə ananın düzgün qidalanması uşağın gələcək sağlamlığını birbaşa müəyyən edir. Ana qidalanmada səhv edərsə, bu maddələr bətndə yığılır və körpənin gələcək genetik və fiziki inkişafına mənfi təsir göstərir. Doğuşdan sonra isə ana südünün əvəzedilməz olması və laktasiya dövründə sağlam qidalanmanın vacibliyi xüsusi qeyd olunmalıdır. Gündəlik qidalanmada ən çox edilən səhvlər səhər yeməyinin buraxılması, rejimsiz və gec saatlarda ağır yemək qəbulu piylənməyə, mədə-bağırsaq problemlərinə, arterial təzyiqin yüksəlməsinə və şəkər xəstəliyinin aktivləşməsinə səbəb olur. Açlıq hormonu olan qrelinin axşam saatlarında kəskin artması da məhz gün ərzində düzgün qidalanmayan insanlarda daha çox müşahidə edilir. Artıq çəkidən qorunmaq üçün səhər tezdən yüngül fiziki aktivlik, mütləq səhər yeməyi və axşam ağır, yağlı qidalardan uzaq durmaq əsas şərtlərdir. Meyvə-tərəvəzin yeməkdən əvvəl və günün ilk yarısında qəbulu həzmi yaxşılaşdırır, yeməkdən sonra qəbul edilməsi isə həzmi ləngidir".

 

Həmçinin dietoloq uşaqlarda bu halların artmasının səbəbini də qeyd edib:

 

"Uşaqlarda piylənmənin artmasının əsas səbəblərindən biri onların kiçik yaşdan kafe və restoranlarda böyüklərlə eyni miqdarda yemək yeməsidir. Uşaq orqanizmi kiçikdir və bu qədər yükü qaldırmır. Digər böyük problem isə uşaqların kiçik yaşdan “abur-cubur”, QMO tərkibli məhsullar və qazlı içkilərə alışdırılmasıdır. GMO məhsulların tərkibində genetikaya təsir edən təhlükəli maddələr var və bu, uşaqların görünüşünə, boyuna və inkişafına ciddi mənfi təsir göstərir. Bu səbəbdən yeniyetməlik dövründə insulin ifrazının normadan çoxalması boy hormonunun fəaliyyətini ləngidir və qısa boy, artıq çəki kimi problemlər yaranır. Əvvəllər uşaqlarda insulin direnci 5 faiz təşkil edirdisə, indi bu göstərici 15–30 faizə qədər yüksəlib bu isə çox ciddi təhlükədir. Valideynlərin uşaqları “arıqlama marafonları”na qoşması, kokteyl və müxtəlif arıqladıcı preparatlar verməsi isə inkişaf edən orqanizm üçün son dərəcə təhlükəlidir. Uşağın sağlamlığına görə birinci məsuliyyət valideynin üzərinə düşür və düzgün qidalanma, sağlam həyat tərzi uşağın gələcək sağlamlığının əsasını təşkil edir".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər