00:00:00
Yazar
Banuçiçək Məmmədova
21.04.2026 21:48 31 2 dəq oxuma
Sosial

Ödənişli Abunəlik və Texniki Nasazlıq: İstifadəçi haqları harada başlayır?

Ödənişli Abunəlik və Texniki Nasazlıq: İstifadəçi haqları harada başlayır?

Müasir dünyada artıq proqram təminatlarına "sahib olmuruq", onlara sadəcə aylıq abunəliklə "icarəyə götürürük". İstər ChatGPT Plus, istər dizaynerlərin vazkeçilməzi Adobe, istərsə də bulud saxlanc sistemləri olsun – hər ay müəyyən məbləğ ödəyərək kəsintisiz xidmət gözləyirik. Lakin qlobal server nasazlıqları göstərir ki, "Premium" statusu bizi texniki xətalardan sığortalamır. İstifadəçi olaraq ödəniş etdiyimiz proqram işləmədikdə, itirdiyimiz sadəcə vaxt deyil, həm də maddi vəsait və iş məhsuldarlığıdır. Bəs proqram təminatı nəhəngləri ilə istifadəçilər arasındakı bu pullu münasibətdə istehlakçı hüquqları nə dərəcədə qorunur? Premium xidmətin dayandığı hər dəqiqənin hesabı kimdən sorulmalıdır?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, burada istifadəçi haqlarının başladığı nöqtə şəffaflıq və öhdəlik balansıdır:

 

“Şirkətlər xidmət davamlılığı ilə bağlı müəyyən göstəriciləri təqdim edir. Bu rəqəm texniki olaraq ildə müəyyən saatlıq kəsintini normal sayır. Problem ondadır ki, bir çox son istifadəçi bu şərtləri ya oxumur, ya da real təsirini anlamır. Xidmət dayandığı müddət üçün kompensasiya məsələsi hüquqi deyil, daha çox biznes qərarıdır. Praktikada 3 yanaşma var:
1) Kredit və ya balansa əlavə vəsait qaytarılması
2) Abunə müddətinin uzadılması
3) Heç bir kompensasiya verilməməsi (əgər şərtlərdə qeyd edilibsə)
Qlobal texnologiya şirkətləri adətən birinci iki variantdan istifadə edir, amma bu daha çox B2B seqmentdə tətbiq olunur. Fərdi istifadəçilər üçün isə çox vaxt kompensasiya avtomatik olmur, istifadəçi müraciət etməlidir. Mənim yanaşmam belədir: premium xidmət sadəcə funksionallıq deyil, eyni zamanda etibar müqaviləsidir və iatifadəçi xidməti istifadə edə bilmədiyi zamana görə kompensasiya əldə etməlidir. Müasir proqram təminatı bazarında əsas dəyişiklik mülkiyyətdən xidmət modelinə keçiddir. İstifadəçi artıq məhsulu almır, xidmətə çıxış hüququ əldə edir. Bu modeldə əsas hüquqi çərçivəni isə “Şərtlər və qaydalar” kimi sənədlər müəyyən edir. Məsələyə də məhz bu prizma ilə baxmaq lazımdır. İlk olaraq “premium” anlayışını düzgün ayırmaq vacibdir. Məsələn, ChatGPT Plus və ya Adobe kimi xidmətlərdə premium status adətən iki şeyi təmin edir: daha geniş funksionallıq və prioritet resurs çıxışı. Amma bu, texniki baxımdan 100% fasiləsiz işləmə zəmanəti demək deyil. Çünki bulud infrastrukturu üzərində qurulan istənilən sistemdə qlobal miqyaslı nasazlıqlar qaçılmazdır”.

 

Banuçiçək Məmmədova

#i̇stifadəçi #texniki #haqları #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər