00:00:00
Yazar
Admin User
05.12.2025 16:31 76 1 dəq oxuma
Sosial

Ödənişli yolda olan radarlar digərlərindən fərqlənəcək

Ödənişli yolda olan radarlar digərlərindən fərqlənəcək

Azərbaycanda ödənişli yolların tətbiqi ilə yanaşı, həmin yollarda nəzarət və təhlükəsizlik tədbirləri də gücləndirilir. 

 

 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "İnformator.az"a verdiyi açıqlamada qeyd edib ki, bu cihaz süni intellekt alqoritmləri vasitəsilə insan müdaxiləsi olmadan qayda pozuntularını müəyyən edir və qeydiyyata alır:

 

 

"Ağıllı radar yol hərəkəti təhlükəsizliyini artırmaq üçün istifadə olunan avtomatlaşdırılmış nəzarət sistemidir. Sadə radardan fərqli olaraq, ağıllı radar yalnız sürəti ölçməklə kifayətlənmir, həm də digər qayda pozuntularını qeydə almaq imkanına malikdir.Bu cihaz süni intellekt alqoritmləri vasitəsilə insan müdaxiləsi olmadan qayda pozuntularını müəyyən edir və qeydiyyata alır. Sürət həddinin aşılması ilə yanaşı, qırmızı işıqda keçmə, zolaq dəyişmə qaydalarının pozulması, parklanma, dayanma və durma qaydalarının pozulması halları da aşkarlanır. Bundan əlavə, nömrə tanıma sistemi vasitəsilə avtomobil nömrələri oxunur və məlumat bazası ilə müqayisə edilir. Bu yolla texniki baxışdan keçməyən, icbari sığortası olmayan və ya axtarışda olan avtomobillər müəyyən edilə bilər. Ağıllı radar real vaxt rejimində bu məlumatları polisə ötürə bilir. Adından da göründüyü kimi, bu sistem insan müdaxiləsi olmadan süni intellekt alqoritmləri ilə bir çox qayda pozuntusunu avtomatik şəkildə aşkar edir, şəkil və video qeydləri aparır. Bu cür radarların quraşdırılmasında əsas məqsəd yol hərəkəti təhlükəsizliyini artırmaq və qayda pozuntularını operativ şəkildə aşkarlamaqdır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər