00:00:00
Yazar
Admin User
16.12.2025 19:18 124 2 dəq oxuma
Sosial

Ödənişli yollar:

Ödənişli yollar:

Şəhər yollarında tıxac və vaxt itkisi sürücülər üçün gündəlik problemə çevrilib. Ödənişli yollar bu çətinlikləri azaltmaq məqsədilə tətbiq olunur.

 

Mövzu ilə əlaqədar “İnformator.az” saytı nəqliyyat eksperti və sürücünün fikirlərini öyrənib.

 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki,
Azərbaycanda hələlik bir ödənişli yol var və o da Bakı-Quba yolunun müəyyən hissəsini əhatə edir:

 

“Bu anlayış bizim ölkədə yenidir. Ödənişli yolların təşkil olunmasının əsas məqsədlərindən biri əsas yola düşən yükü bir qədər azaltmaqdır. Həmçinin ödənişli yollarda bir sıra üstünlüklər də tətbiq olunur. Məsələn, burada maksimal sürət həddinin müəyyən edilməməsi mümkündür. Ödənişli yollar daha yaxşı işıqlandırılmalı, servis xidmətləri təmin olunmalıdır. Qəza baş verdiyi zaman ilkin tibbi yardımın göstərilməsi ilə bağlı məsələlər də öz yerini almalıdır. Bir sözlə, ödənişli yol daha rahat, sürətli və təhlükəsiz olmalıdır. Ödənişli yol yalnız şəhərlərarası deyil, şəhərin özündə də təşkil oluna bilər və bu təcrübə artıq mövcuddur. Bir sözlə, ödənişli yol əsas yola alternativ olmalıdır”.

 

Daim ödənişli yoldan istifadə edən sürücü bildirib ki, bu cür yollar nəqliyyatın daha rahat və təhlükəsiz hərəkəti üçün vacibdir:

 

“Əsas yollarda sıxlıq çox olduqda ödənişli yol sürücüyə vaxtına qənaət etmək imkanı yaradır. Yol örtüyünün keyfiyyətli olması, nişanlanmanın aydınlığı və yaxşı işıqlandırma sürüşü daha komfortlu edir. Eyni zamanda, ödənişli yollarda servis xidmətlərinin - istirahət məntəqələri, texniki yardım və qəza zamanı operativ tibbi xidmətin mövcudluğu sürücülər üçün böyük üstünlükdür. Əgər bu yollar həqiqətən sürətli, təhlükəsiz və etibarlı alternativ kimi fəaliyyət göstərərsə, sürücülər ödəniş etməyə daha müsbət yanaşacaqlar. Ümumilikdə, düzgün təşkil olunduğu təqdirdə ödənişli yolların ölkəmizdə nəqliyyat sisteminə müsbət töhfə verəcəyinə inanıram”.- deyə bildirib.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər