Olası müharibəni kim qazana bilər?
Yaxın Şərqdə geosiyasi gərginliklərin artması İran və İsrailin hərbi potensialını gündəmə gətirib. İsrail inkişaf etmiş texnologiyaları, hava üstünlüyü və effektiv kəşfiyyat şəbəkəsi ilə seçilirsə, İran isə say üstünlüyü və asimmetrik müharibə strategiyası ilə diqqət çəkir. İsrailin nüvə potensialı olduğu kimi, İranın da uzaqmənzilli raket proqramı və nüvə fəaliyyəti mövcuddur.
Yaxın Şərqdə geosiyasi gərginliklər bir daha alovlanarkən diqqətlər regionun iki güclü aktoru olan İran və İsrailin hərbi imkanlarına yönəlib. Hər iki ölkə fərqli strategiyalara və çəkindirici amillərə malik olsa da, mümkün bir toqquşma ssenarisində hansı tərəfin hansı üstünlüklərə sahib olması maraq doğurur.
İranın dəniz qüvvələri xüsusilə Hörmüz boğazı və Bəsrə körfəzi ətrafında cəmləşib. İran Donanması iki əsas hissədən ibarətdir: Ənənəvi İran Hərbi Dəniz Qüvvələri (IRIN) və ideoloji əsaslı İnqilab Keşikçiləri Donanması (IRGC-Navy). Bu struktur asimmetrik dəniz müharibəsi taktikalarına şərait yaradıb.
Ümumi Donanma Şəxsi Heyəti: 20.000-dən çox
Sualtı Qayıqlar: Təxminən 20 ədəd (əksəriyyəti kiçik ölçülü mini sualtı qayıqlar, o cümlədən "Kilo" sinfi)
Sürətli Qayıqlar və Raket Katerləri: 200-dən çox – sürü hücumu taktikası üçün istifadə olunur
Ballistik Raket Daşıyan Freqatlar: Yeni hazırlanmış "Sahand" və "Cəməran" sinifləri
Əməliyyat Ərazisi: Bəsrə körfəzi, Umman dənizi, Hörmüz boğazı, bəzən Qırmızı dəniz və Hind okeanı
Qeyd Olunan Üstünlüklər: Sürətli qayıqlar, sahildən buraxılan gəmiəleyhinə raketlər, dəniz minaları.
Mütəxəssislərin fikrincə, İsrailin texnoloji və kəşfiyyat üstünlüyünə qarşı İranın geniş insan resursları və regiondakı vasitəçi qrupları ön plana çıxır. Lakin mümkün bir birbaşa münaqişə təkcə bu iki ölkəni deyil, bütün Yaxın Şərqi əhatə edə biləcək bir böhrana səbəb ola bilər.
Haberler.com
Aygün Babayeva