00:00:00
Yazar
Admin User
29.01.2016 10:19 833 1 dəq oxuma
Mədəniyyət

Ölkə başçısı mədəniyyət sahəsi ilə bağlı 500-dən çox sərəncam imzalayıb - nazir

Ötən 10 il ərzində dövlət başçısı mədəniyyət sahəsi ilə bağlı 500-dən çox sərəncam və fərman imzalayıb
Ölkə başçısı mədəniyyət sahəsi ilə bağlı 500-dən çox sərəncam imzalayıb - nazir

“Ötən 10 il ərzində dövlət başçısı mədəniyyət sahəsi ilə bağlı 500-dən çox sərəncam və fərman imzalayıb”.

İnformator.az-ın xəbərinə görə, bunu Əbülfəs Qarayev nazirliyin yubiley tədbirində səsləndirib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı mükafatlandırılıb. Nazirliyin üç əməkdaşına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verildiyi elan edilib. Nazir müavini Sevda Məmmədəliyeva isə ölkə başçısının fərmanı ilə 3-cü dərəcəli “Vətənə Xidmət” ordeninə layiq görülüb.

Aztv, Aztv – Mədəniyyət, İctimai tv, ANS, ATV, Lider tv, Space, Region tv və CBC telakanallarının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini fəal işıqlandırmış jurnalistlərinə Fəxri fərmanlar təqdim olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər