00:00:00
Yazar
Admin User
06.11.2025 08:48 144 1 dəq oxuma
İqtisadiyyat

Ölkə ərazisində 109 mindən çox yeni nəsil NKA quraşdırılıb

Ölkə ərazisində 109 mindən çox yeni nəsil NKA quraşdırılıb

İndiyədək ölkə ərazisində 109 164 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

 

“İnformator.az” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

 

2025-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566.8 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.5 milyard manat, yaxud 12.7 faiz çoxdur

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər