Oman yaxınlığında tankerə hücum edilib
Omanın şimal-şərqində, 20 dəniz mili məsafədə tankerə hücum edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, hadisə ilə bağlı məlumat Oman sahilləri yaxınlığında qeydə alınıb.
İddialara görə, tankerə hücum İrandan həyata keçirilib.
Gəminin kapitanı iki artilleriya katerinin yaxınlaşdığını və onlardan atəş açıldığını bildirib.
Qeyd olunub ki, hadisə zamanı tanker və ekipaj üzvləri xəsarət almayıb.