Ömrün musiqili xatirələri
İndi isə o, özünəməxsus şəxsi pleylist hazırlayıb - terminal xəstəliklə mübarizəsində onu müşayiət edəcək həyatının mahnıları.
Siyahıya Guns N’ Roses qrupundan November Rain və Sweet Child O’ Mine, həmçinin gitarada ifa etməyə ilham aldığı The Shadowsun Apache əsəri və Pink Floydun Comfortably Numb mahnısı daxildir.
Hazel O’Connorun 1980-ci ildə hit olan “Will You”?mahnısı isə həyat yoldaşına və iki övladının anasına həsr olunub. Bu mahnı ehtiyatlı, lakin güclü romantik gərginliyə aid və saksofon solosu ilə tanınıb, Dave bu aləti də çalmağı öyrənib.
“Bu, bizim bir yerdə olduğumuz dövrlərin mahnısıdır,” - deyə Dave BBC-nin Morning Live proqramında ayaqlarını ritmə vuraraq danışıb. Mahnı xatirələri oyatdıqca, həyat yoldaşı Kate sakitcə əlavə edir: “Mübarizə dəyərli idi.”
Banuçiçək Məmmədova
BBC NEWS
