Onlayn asılılıq
Son illər sosial şəbəkələr kommunikasiya vasitəsi olmaqdan çıxaraq insanların psixologiyasına, davranışına və gündəlik ritminə birbaşa təsir edən əsas faktorlardan birinə çevrilib. Xüsusilə gənclər arasında scrolling addiction yəni sonsuz kadrları sürüşdürmə vərdişi getdikcə daha çox yayılır. Bu hal diqqət dağınıqlığı, emosional yorğunluq, özünüqiymətləndirmədə düşüş və vaxt idarəetməsində ciddi problemlər yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Fatimə Hacıyeva bildirib ki, burada uşaq-yeniyetmə psixologiyasından danışmaq olar:
"Geniş bir psixologiya mövzusudur. Dövrümüzün əsas çətinliklərindən biridir bu hansı ki, sosial şəbəkə həyatımızın ayrılmaz nöqtəsidir. Zaman keçdikcə bizdə dopamin dövriyyəsini artırdığına görə aludəçiliyə gətirib çıxarır. Qısa reelslər izləyirik. Beyin artıq ona alqoritmləşir. 15 saniyədə artıq bir videoya baxmaq olur həttan7 saniyəyə qədər düşüb. Bu isə youtube shorts, tik tok, instagram reelsləridir. Qısa müddətli olan kontentlərə görə beynimiz artıq ona uyğun formalaşır. Burdada ki, bunu başqa vərdişlərədə bənzətmək olar. Məsələn: qumar, içki, alkaqol və ya başqa zərərli vərdişlər. Bu aludəçiliyin səbəbi isə fomodur. Reelslərdən görürük ki, luks həyat, hər şey əla, glamour, qızların bəyəndiyi geyimlər, daha yaxşı bədən və üz quruluşu və s. Oğlanlar arasında güc azlığı, özünü geridən qalmış hiss etmə, gecikmişlik hissi və bununlada Fomo yaranır. Bunlara baxarkən onlar özünü həm rahatladır həm də istəmsizcə depressiyaya salır. Burda artıq insan sosial bəyənilmə ehtiyacı duyur. Gənclər üçün hazırda bəyənilmək əsas məqsəddir. Qəbul edilmək, təsdiq almaq istəyirlər şəxsiyyət olaraq. Bu gətirib depressiyaya çıxarır. Özünü dəyərlərlə yüksək dərəcədə əlaqəsi var. Çünki özünədəyər düşür və özünü müqayisə etməyə başlayır. "Məndə niyə elə deyil? Niyə hər şey azdır? Mən heç nə əldə edə bilmirəm". Uğur hissimiz belə olduqda azalır. Bu hallar daha çox yeniyetməlik və ilkin yetkinlik yaş dövründə olur. 11-25 yaş arası olur daha çox. Motivasiya düşür, passivlik artır, sosial müqavimətimiz azalır, sosial çevrəmiz azalır. Özümüzü rahatlaşdırmaq üçün qaçış olaraq sosial şəbəkəyə gedirik. Real həyatdan uzaqlaşmaq, qısa və rahatladan videolara baxmaq çünki xüsusi enerji tələb etmir. Sadəcə oturduqları yerdən bunları izləyə bilirlər. Nəticə olaraq sosial şəbəkə aludəçiliyi depressiyanı dəstəkləyir. Əsas problemlərdən biridir hazırdakı dövrü üçün. Bunun təhlükə yaratmasının səbəbi odur ki, insan fikirləşməməyə başlayır və hüceyrələr yavaş-yavaş ölür sadəcə qısa informasiyaları yaxşı yadda saxlayır".
Gövhər Mehyəddinova
