OpenAI “Agent Mode” funksiyasını yalnız ödəniş edən istifadəçilərə təqdim edəcək
OpenAI yeni “Agent Mode” funksiyasını yalnız ChatGPT-nin ödənişli abunəçilərinə açacaq. Bu funksiya brauzer konteksti ilə işləyərək çatbotun sürətini və faydalılığını artıracaq.
Şirkət eyni zamanda Etsy, Shopify kimi onlayn ticarət platformaları və Expedia, Booking.com kimi sifariş xidmətləri ilə tərəfdaşlığa başlayıb.
OpenAI-nin rəhbəri Sam Altman bu ay keçirilən DevDay tədbirində bildirib ki, ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı 800 milyona çatıb fevralda bu göstərici 400 milyon idi.
Analitik Pat Moorhead hesab edir ki, yeni OpenAI brauzerinə maraq olsa da, onun Chrome və Microsoft Edge üçün ciddi rəqib olacağı inandırıcı deyil.
Bu yenilik ABŞ-də Google-un onlayn axtarış bazarında “qanunsuz monopolist” elan edilməsindən bir il sonra gəlir. Məlumata görə artıq istifadəçilərin 6 faizə yaxını axtarış üçün süni intellekt modellərindən o cümlədən ChatGPT-dən istifadə edir.
Google isə cavab olaraq axtarış sistemində süni intellekt tərəfindən yaradılan cavabları prioritetləşdirməyə başlayıb.
BBC News
Ədilə Hüseynzadə
