00:00:00
Yazar
Elmira Ağayeva
16.09.2026 22:57 92 1 dəq oxuma
Maraqlı

"OpenAI"rəhbəri: Dünya süni intellektdən qorxmaqda haqlıdır

"OpenAI"rəhbəri: Dünya süni intellektdən qorxmaqda haqlıdır

 

"OpenAI" şirkətinin rəhbəri Sem Altman süni intellektin sürətli inkişafı fonunda insanların narahatlığını əsaslı hesab edir.

O bildirib ki, süni intellekt texnologiyalarının imkanları sürətlə genişlənir və bu texnologiyanın hansı nəticələrə gətirib çıxara biləcəyini təsəvvür etmək əvvəlkindən daha asandır.

“Düşünürəm ki, dünyanın qorxmaq üçün əsasları var”, – deyə Altman bildirib.

Bununla yanaşı, "OpenAI" rəhbəri süni intellekt şirkətlərinə daha çox etimad göstərilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, şirkətlər texnologiyanın təhlükəsiz inkişaf etdirilməsinin əhəmiyyətini anlayır və bu istiqamətdə məsuliyyət daşıyırlar.

ABŞ-da süni intellektin tənzimlənməsi ilə bağlı müzakirələr də davam edir. Qanunvericilər arasında texnologiyanın inkişaf sürətinə uyğun tənzimləmə mexanizmlərinin necə qurulması ilə bağlı fikir ayrılıqları mövcuddur.

Meta şirkətinin rəhbəri Mark Zukerberq də süni intellekt şirkətlərinin təhlükəsizlik məsələlərində öz təşəbbüslərini göstərməli olduğunu bildirib. Onun sözlərinə görə, şirkətlərin modellərinin insanlara zərər vurmasının qarşısını almaqda marağı var.

Nvidia rəhbəri Jensen Huang isə yeni süni intellekt modellərinin istifadəyə verilib-verilməsinə şirkətlərin özlərinin qərar verməli olduğunu deyib. O, təhlükəsizliyin mühəndislik məsələsi olduğunu və məhsulun təhlükəsizliyi ilə bağlı əminlik olmadıqda onun buraxılışının dayandırılmasının mümkünlüyünü vurğulayıb.

Süni intellektin təhlükəsizliyi və tənzimlənməsi ilə bağlı müzakirələr texnologiyanın imkanlarının sürətlə genişlənməsi fonunda daha da intensivləşib.

Elmira Ağayeva

#dünya #intellektdən #azərbaycan #baki #"openai"rəhbəri:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər