00:00:00
Yazar
Banuçiçək Məmmədova
17.03.2026 20:22 19 2 dəq oxuma
Sosial

Optik linzaların göz sağlamlığına təsiri: Faydalı vasitə, yoxsa gizli risk?

Optik linzaların göz sağlamlığına təsiri: Faydalı vasitə, yoxsa gizli risk?

Optik linzalar son illərdə görmə qüsurlarının korreksiyası üçün ən geniş istifadə olunan vasitələrdən birinə çevrilib. Eynəklə müqayisədə daha rahat və estetik görünüş təmin etdiyi üçün bir çox insan kontakt linzalara üstünlük verir. Lakin linzaların düzgün istifadə edilməməsi və gigiyena qaydalarına əməl olunmaması göz sağlamlığı üçün müəyyən risklər yarada bilər. Uzun müddət linza taxılması, linzaların vaxtında dəyişdirilməməsi və ya təmiz saxlanılmaması göz quruluğu, infeksiya və digər problemlərə səbəb ola bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, göz kimi mühüm bir orqana tətbiq olunan estetik tədbirlər, hətta göz ətrafı - yəni göz qapaqları və göz orbitası ətrafı zonalarda istifadə olunan turşular, müxtəlif rənglər, sürmə və s. - bütün bunların hamısı keyfiyyətli materiallardan olmalıdır:

 

“Tanınan firmalara məxsus məhsullar seçilməlidir, çünki bunların göz toxumasına təsiri var. Bəziləri dəridən sorularaq gözə və ümumilikdə orqanizmə təsir edir. Bəziləri isə gözlə, xüsusilə də buynuz qişa ilə, kontakt linzalar vasitəsilə daim təmasda olur və onların indiferent olması çox mühüm şərtdir. Əgər belə olmazsa, onlar əlbəttə ki, gözün buynuz qişasını zədələyə bilər. Belə hallarda infeksiya düşə bilər. Bəzən belə problemlərə rast gəlinir. Yəni burada həm gigiyenanın gözlənilməsi, həm də materialın keyfiyyətli olması çox mühüm şərtdir. İndi estetik prosedurlar geniş yayılıb və insanlar bundan istifadə edir, bunu qadağan etmək olmaz. Dünya Səhiyyə Təşkilatının konkret rəyi olmasa da, bu prosedurlardan istifadə zamanı müəyyən aseptika qaydalarına, təmizliyə və gigiyenaya riayət edilməlidir ki, gözə infeksiya düşməsin, istifadə olunan materiallar keyfiyyətli olsun və toksiki, eləcə də digər mənfi təsirlər yaranmasın”.

 

Banuçiçək Məmmədova

#yeni #xəbər #yoxsa #faydalı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər