00:00:00
Yazar
Admin User
28.12.2025 14:37 116 1 dəq oxuma
Maraqlı

Ordubadda qarın hündürlüyü 35 sm-ə çatıb

Ordubadda qarın hündürlüyü 35 sm-ə çatıb

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 35 sm-ə çatıb.

Bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "İnformator.az"a bildirilib.

Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 35, Parağaçaq Qar Uçqunu Stansiyasında 12, Şahbuz rayonunun Kükü kəndində 28 sm, Biçənək kəndində 22 sm, Şərurun Axura kəndində isə 12 sm qeydə alınıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər