Ötən ay Ermənistana 2,4 milyon dollarlıq məhsul ixrac olunub
2026-cı ilin yanvar ayında Azərbaycandan Ermənistana 2 milyon 403,57 min ABŞ dolları həcmində məhsul ixrac olunub.
"İnformator.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ölkənin ümumi ixracının 0,11 faizini təşkil edib.
Qeyd edək ki, ümumilikdə hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsində MDB ölkələrinin payı ixracda 5,62 faiz, idxalda isə 20,47 faiz olub.
