00:00:00
Yazar
Zeynəb Yunuszadə
21.04.2026 21:53 28 1 dəq oxuma
Sosial

Ötən il əlilliyi olan nə qədər adam işlə təmin edilib? - Nazirdən açıqlama 

Ötən il əlilliyi olan nə qədər adam işlə təmin edilib? - Nazirdən açıqlama

“2025-ci ildə 6 minə yaxın əlilliyi olan şəxsin işə düzəlməsinə dəstək ola bilmişik. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili proqramında da əlilliyi olan şəxslər bizim üçün prioritet kateqoriya təşkil edir”.

 

“İnformator.az” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində deyib.

 

O bildirib ki, ötən il 1300 əlilliyi olan şəxs bu proqrama cəlb edilib.

 

“Bu istiqamətdə peşə hazırlığı çərçivəsində də işlərimizi davam etdiririk. Ötən il 500 şəxsə bu sahədə dəstək göstərmişik. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Həmin mərkəzdə müxtəlif istiqamətlərdə emalatxanalar təşkil edilib. O emalatxanalarda əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün xüsusi kurslar təşkil etmişik. Bu kurslar vasitəsilə onların bilik və bacarıqlarının artırılmasını təmin edirik”, - deyə nazir əlavə edib.

#edilib? #açıqlama #gündəm #xəbər #işlə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər