00:00:00
Yazar
Admin User
01.12.2025 17:22 83 2 dəq oxuma
Sosial

Ötən ay 108 tələbənin xarici diplomu Azərbaycanda tanınmayıb

Ötən ay 108 tələbənin xarici diplomu Azərbaycanda tanınmayıb

Ötən ay Azərbaycanda 108 nəfərin xaricdə aldıqları diplomlar rəsmi olaraq tanınmayıb. Təhsil ekspertləri bunun həm xaricdə təhsil alan tələbələr üçün, həm də ölkənin diplom tanınması prosedurlarında müəyyən çətinliklər yaratdığını bildirirlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Təhsil eksperti Elçin Süleymanov bildirib ki, xaricdə ali təhsil diplomlarının tanınması prosedurları beynəlxalq təcrübəyə əsaslanır və konkret, şəffaf meyarlarla aparılır:

 

"Bu prosedurda əsas diqqət yetirilən məqamlardan biri Universitetin statusu və akkreditasiyasıdır. Tələbənin bitirdiyi universitetin öz ölkəsində rəsmi akkreditasiyası olub-olmaması əsas götürülür. İkinci məqam təhsil müddətində tələbənin ölkədə olmasıdır. Tələbə həmin ölkədə faktiki olaraq təhsil alıbsa, bu təsdiqlənməlidir. Əks halda, diplom tanınmaya bilər. Təhsil dili və formasının uyğunluğu da vacib amillərdəndir. Təhsil dili məlum və ölkə tərəfindən qəbul olunmalıdır. Qiyabi təhsil formasına isə bəzi hallarda məhdudiyyətlər qoyulur, çünki bu formada təhsil Azərbaycan qanunvericiliyinə uyğun olmaya bilər.

 

Təhsil müddətində ölkədə olmamaq, təhsil dilini bilməmək, qeyri-akkreditə olunmuş və ya zəif baza ilə təchiz olunmuş universitetlərdən diplom almaq sonradan problem yarada bilər. Həmçinin saxta diplomlarla ölkəyə qayıdan şəxslərin həkim, müəllim kimi fəaliyyət göstərməsi cəmiyyət üçün ciddi fəsadlara yol aça bilər.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) mütəmadi olaraq mediada və rəsmi saytında bu proseslərlə bağlı statistik məlumatlar təqdim edir  hansı ölkələrdən, hansı universitetlərdən daha çox imtina edildiyi kimi detalları paylaşır.

 

Əgər tələbə keyfiyyətli təhsil alıbsa, xüsusilə də dünyanın reytinqli universitetlərində təhsil alıb qayıdıbsa, diplomun tanınması ilə bağlı heç bir problem yaşamır. Əsas məsələ keyfiyyətli təhsilin alınması, şəffaf və real nəticələrlə diplomun əldə olunmasıdır".

 

Mövzu ilə bağlı açıqlamasında Milli Aviasiya Akademiyasının tələbəsi Zəka Yusifov isə bildirib ki, bu kimi haklarda  iş tapmaq çətinləşir:

 

"Azərbaycanda bir çox şirkət diplomu tanınmayanı işə götürmür. “Sənəd keçmir” deyib geri çevirirlər. Magistr, doktorantura oxumaq istəyən tələbə tanınmayan diplomla qəbul oluna bilmir. Uzaq yol gedib oxuyursan, pul xərcləyirsən, amma qayıdanda diplom keçməyəndə bütün əziyyət havaya gedir kimi olur.

 

3–4 il oxumusan, amma Azərbaycanda keçmirsə, yenidən başqa yol axtarmalı olursan. Adam özünü pis hiss edir, “bəs mən niyə oxudum?” kimi düşünür.

 

Qaydalar açıq olsun. Hansı ölkələrdən, hansı universitetlərdən gələn diplomların keçdiyi-keçmədiyi əvvəlcədən tam aydın yazılsın ki, tələbə ora getməzdən bilsin. Xaricdə yaxşı universitet çoxdur. Azərbaycanda tanınan universitet siyahısı daha geniş ola bilər.

 

Elektron yoxlama sistemi. Məncə diplomların doğruluğu onlayn şəkildə sürətli yoxlanılsa, həm proses tez gedər, həm də saxtakarlığın qarşısı alınar".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər