00:00:00
Yazar
Admin User
20.01.2026 12:16 74 1 dəq oxuma
Mədəniyyət

Ötən il Azərbaycanda külək enerjisinin istehsalı 2,3 dəfə artıb

Ötən il Azərbaycanda külək enerjisinin istehsalı 2,3 dəfə artıb

Ötən il Azərbaycanda külək elektrik stansiyalarında 118 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

 

"İnformator.az" ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,3 dəfə çoxdur.

 

Hesabat dövründə Azərbaycanda 26 milyard 896,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,6 % çoxdur. Bunun 25 milyard 999,9 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,6 % çoxdur. Bunun 2 milyard 802,9 milyon kVt/saatı su elektrik stansiyalarında (il ərzində 5,7 % azalıb), 22 milyard 479 milyon kVt/saatı isə istilik elektrik stansiyalarında (+0,9 %), 193 milyon kVt/saatı tullantıların yandırılmasından alınan elektrik enerjisi (-4,3 %) istehsalının payına düşür. Hesabat dövründə günəş elektrik stansiyalarında 599,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 9,8 % çoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər