Ötən il dünyada 71 milyon insan evini tərk etməyə məcbur olub
İsveçrənin Cenevrə şəhərində yerləşən Daxili Miqrasiya Monitorinq Mərkəzi müharibələr və iqlim fəlakətləri səbəbi ilə evlərini tərk etmək məcburiyyətində qalan insan sayının ötən il dünya miqyasında 71,1 milyona çatdığını bildirib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu rəqəmin 2021-ci ildən bəri 20 faiz artdığını bildirən monitorinq mərkəzi dünyadakı köçkünlərin təxminən dörddə üç hissəsi Suriya, Əfqanıstan, Konqo Demokratik Respublikası, Ukrayna və Sudan kimi 10 ölkədə yaşadıqlarını qeyd edib.
Qurumun digər məlumatına görə, ötən il təkcə Ukraynadakı müharibə səbəbindən təxminən 17 milyon insan evlərini tərk edərək başqa bölgələrə köçməli olub.Təşkilat bu rəqəmin son on ilin illik orta göstəricisindən 3 dəfə çox olduğunu açıqlayıb.
Eyni zamanda daxili köçkünlərin yaranmasında müharibələr qədər sel, torpaq sürüşməsi, zəlzələ kimi təbii fəlakətlərin də böyük rolu olub. Bildirilib ki, ötən il iqlimlə bağlı hadisələrə görə evlərini tərk etməli olan insanların sayı 32,6 milyon nəfərə çatıb.
Fatima
