00:00:00
Yazar
Admin User
07.09.2015 07:52 833 1 dəq oxuma
Maraqlı

Oyun kompüterləri çoxlu enerji sərf edir

2012-ci ildə oyun fərdi kompüterləri 75 teravatt-saat enerji sərf edib ki, bu da fərdi kompüterlərin sərf etdikləri enerjinin ümumi həcminin 20 faizinə bərabərdir.

İnformatorun Rabitə və Yüksək texnologiyalar nazirliyinin saytına istinadən verdiyi xəbərə görə bu haqda \"Oszone\" məlumat yayıb.

Bu sayın yalnız 2,5 faizi oyun kompüterləridir. Hazırkı inkişaf tempində bu say 2020-ci ilədək iki dəfə arta bilər. İldə orta hesabla fərdi kompüter 1400 kilovat-saat enerji işlədir. Bu həcm isə 10 oyun qurğusunun, 6 adi kompüterin və ya 3 soyuducunun sərf etdiyi enerjiyə bərabərdir. Həmçinin oyun həvəskarları bundan iki dəfə artıq enerji sərf edə bilər.  

Bildirilir ki, kompüter sənayesi enerji sərfiyyatının üçdə dörd hissəsini azaltmaqla 2020-ci ilədək ildə 18 milyard dollara qənaət edə bilər. Buna etibarlı və məhsuldar enerjiyə qənaətcil komponentlər sayəsində nail olmaq olar. Bu məqsədlə istehsalçılar istehlakçılar arasında maarifləndirmə işi aparmalıdır

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər