Özbək ziyalıları 83 il sonra bəraət alıb
Keçmiş sovet administrasiyası tərəfindən sürgün edilən və edam edilən 208 özbək ziyalısına bəraət verilib.
İnformator.az TRT Habere-ə istinadən xəbər verir ki, Özbəkistanda 1930-1931-ci illərdə keçmiş Sovet İttifaqında rejim əleyhinə olduqları üçün həbs edilən, sürgün olunan və edam edilən 208 özbək ziyalısına məhkəmə qərarı ilə bəraət verilib.
Qeyd edək ki, Sovet dövründə 100 min insan məhkum edilib, 13 min nəfər güllələnib.
Aydan
