00:00:00
Yazar
Admin User
02.10.2025 17:23 158 1 dəq oxuma
İqtisadiyyat

“Özbəkistan həm Qərbdən, həm də Çindən investsiyalar cəlv etməyi bacarır”

“Özbəkistan həm Qərbdən, həm də Çindən investsiyalar cəlv etməyi bacarır”

Özbəkistan və ABŞ 3-4 milyard dollar dəyərində enerji layihələri üzrə razılığa gəlib.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, təbii ki, Özbəkistan bu cür böyük layihələrdə yer alması, investisiya cəlb etməsi Özbəkistan iqtisadiyyatına ciddi müsbət təsir göstərəcək:

“Amma enerji daşıyıcıları ilə bağlı gələcəkdə Azərbaycana, regionlara da təsiri ola bilər. Enerji daşıyıcılarının daşınması ilə bağlı marşrutlar olduğunu düşünsək Azərbaycan üzərindən daşınması ən idealdır, ən qısa və ən effektiv yoldur. Bu da nəzərə alınmalıdır. Ümumiyyətlə Özbəkistan iqtisadiyyatı son zamanlar çox iri addımlarla inkişaf edir. Çox ciddi investisiya cəlbi var. 10 milyardlarla dollar investisiya cəlbi var. Maraqlıdır ki, Özbəkistan həm Qərbdən, həm də Çindən investsiyalar cəlv etməyi bacarır. Bu Özbəkistan üçün kifayət qədər uğurlu modeldir və Özbəkistanın əhalisinin sayının çox olması, ucuz işçi qüvvəsinin olması, investsiya mühitinin yaxşı olması Özbəkistanı kifayət qədər cəlbedici bir investsiya ölkəsinə çevirir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər