00:00:00
Yazar
Admin User
03.12.2025 12:15 112 1 dəq oxuma
Sosial

Özbəkistan süni intellektlə bağlı etik norma və qaydalar tətbiq edəcək

Özbəkistan süni intellektlə bağlı etik norma və qaydalar tətbiq edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin süni intellekt (Sİ) texnologiyalarının inkişafı ilə bağlı fərman və qərarlarının icrası çərçivəsində “Süni intellekt texnologiyalarının inkişafı və tətbiqi sahəsində etik davranış qaydaları və prinsipləri” təsdiqlənib.

 

"İnformator.az" xəbər verir ki, sənəd Sİ-nin tərtibatçıları, tətbiqçiləri və istifadəçiləri üçün vahid etik standartları müəyyən edir.

 

Qaydalar Özbəkistan ərazisində Sİ sistemlərini inkişaf etdirən, həyata keçirən, tənzimləyən və istifadə edən bütün fiziki və hüquqi şəxslərə şamil olunur.

 

Sənədə əsasən, Sİ sistemləri insan hüquq və azadlıqlarına, şəxsi həyatın toxunulmazlığına hörmət, cəmiyyətdə ədalət və etimad mühitinin möhkəmlənməsinə xidmət etməlidir. İnsanlara qarşı cinsi, etnik, din, dil, sosial mənşə və ya digər əlamətlərə görə ayrı-seçkiliyə yol verilmir.

 

Süni intellektdən qanuna zidd olan və ya insanlar, cəmiyyət, dövlət və təbiətə zərər verə biləcək məqsədlər üçün istifadə etməmək məcburidir.

 

İnternet istifadəçiləri qanunlara riayət etmək, şəxsi məlumatları qorumaq, başqalarının hüquq və mənafelərinə zərər vurmamaq, internetdən məsuliyyətlə istifadə etmək öhdəliyini daşıyırlar.


Qaydalara əsasən, süni intellekt sistemlərinin inkişafı, tətbiqi və istifadəsi nəticəsində insan hüquqları, dövlət təhlükəsizliyi və ətraf mühitə dəyən hər hansı zərər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətlə nəticələnir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər