00:00:00
Yazar
Admin User
20.01.2026 17:25 80 2 dəq oxuma
İqtisadiyyat

Özbəkistan və Azərbaycan maliyyə sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

Özbəkistan və Azərbaycan maliyyə sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

Özbəkistan və Azərbaycan maliyyə sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Özbəkistanın Perspektivli Layihələr üzrə Milli Agentliyi (NAPP) və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd kapital bazarlarının, sığortanın və kriptoaktivlərin dövriyyəsinin inkişafı, tənzimlənməsi və nəzarəti məsələlərində əməkdaşlığa yönəlib.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, onlar heç bir hüquqi öhdəlik yaratmır:

 

"Sadəcə tərəflər baxırlar burada ya bir siyasi sifariş olub ki, gedin belə bir anlaşma imzalayın dünya təcrübəsində belədir və onun davamı gələ də bilər, gəlməyə də bilər, ona davamı gəlsə, adətən iqtisadiyyat üçün faydalı olmur, çünki siyasi sifariş edilən bu cür əməkdaşlıqların hansısa digər bir siyasi dividendləri ola bilər ki, faydaları nadir hallarda yaranır. Və yaxud da burada tərəflər özləri rastlaşa bilərlər. Burada tərəflərdən biri layihələrlə, biri isə investisiyalarla məşğul olan təşkilatlardır. Bizim tərəf də isə mərkəzi bankdır. Mərkəzi bank monitar siyasət və maliyyə bazarlarına nəzarət kimi 2 funksiyanı həyata keçirir. Azərbaycanın qazancı odur ki, Azərbaycan iqtisadiyyatına kənardan investisiya qoyula bilər. Yenə mərkəzi bankın iştirakı olmur. Nə Azərbaycan onlar üçün təcrübə mübadilə edəcək ölkə deyil, nə də Özbəkistan bizim üçün təcrübə mübadiləsi üçün nümunə götürəcək ölkə deyil. Və hər 2 ölkədə də xarici və yerli investorlar hüquqi mühitə baxırlar. Son bir neçə ildə Azərbaycanda hüquqi mühit pisləşib". 

 

Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər