00:00:00
Yazar
Admin User
01.05.2023 09:25 225 1 dəq oxuma
Dünya

Özbəkistanda konstitusiya dəyişikliyi qəbul edildi

Özbəkistanda konstitusiya dəyişikliyi qəbul edildi

Özbəkistanda prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını nəzərdə tutan konstitusiya dəyişikliyi 90,21 faiz səslə təsdiqlənib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamhodcayev mətbuat konfransında dünən ölkədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticələrini açıqlayıb.

 

Nizamhodcayev xatırladıb ki, referendumda seçicilərə “Konstitusiya dəyişikliyini qəbul edirsinizmi” sualı verilib. O bildirib ki, referendumun nəticələrinə əsasən, seçicilərin 90,21 faizi konstitusiya dəyişikliyinə “hə”, 9,35 faizi isə “yox” cavabını verib.

 

Bu konstitusiya dəyişikliyi ilə 1992-ci ildə qəbul edilən konstitusiyanın 65 faizi yenilənəcək. Maddələrinin sayının 128-dən 155-ə qaldırıldığı yeni konstitusiyada Özbəkistan parlamentinin yuxarı palatası olan senat üzvlərinin sayı 100-dən 65-ə endiriləcək.

 

Konstitusiya dəyişikliyi ilə ölkədə ölüm hökmü və Özbəkistan vətəndaşlarının xarici ölkəyə ekstradisiyası da qadağan edilib.

 

Qeyd edək ki, üç dəfə dövlət başçısı seçilmə haqqı olan hazırki prezidentin səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Prezident Şevkət Mirziyoyev iki dəfə də seçilərsə, bu vəzifədə 2040-cı ilə qədər qala biləcək. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər