Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb.
"İnformator.az" "Report"a istinad olaraq bildirir ki, səfər çərçivəsində baş tutacaq Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası və biznes forum noyabrın 5-də Ukraynanın Ujqrod şəhərində keçiriləcək.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Hökumətlərarası Komissiyanın iclası ilk dəfə bu ölkədə keçiriləcək.