00:00:00
Yazar
Səadət Əlizadə
01.04.2026 17:55 18 2 dəq oxuma
Sosial

Paketdə satılan qidalar təhlükəlidirmi?

Paketdə satılan qidalar təhlükəlidirmi?

Qənnadılar, paxlalı məhsullar və bir çox adda digər qidalar. Hər gün marketdən aldığımız bu məhsulların böyük əksəriyyəti paketlənən hallarda satılır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, qidaların paketli olmasına görə birbaşa təhlükəli olduğunu demək düzgün olmaz:

 

“Paket çox vaxt qidanı tozdan, mikrobdan və nəmişlikdən qoruyur. Amma hər paketli məhsul eyni deyil. Risk daha çox tərkibindəki qidanın nə qədər emal olunduğu ilə bağlıdır.
Gündəlik qidanın çoxu paketli şirniyyat, çips, şirin içki kimi məhsullar olanda orqanizm artıq şəkər, duz və yağ qəbul edir. Lif isə az olur. Bu da çəki artımına təsir edə bilir. Həmçinin təzyiq və qan şəkəri problemlərinə meyilliyi artıra bilir. Hamıda belə olmasa da, ümumi risk yüksəlir.
Paketli qidalarda risk olaraq ilk yerdə əlavə şəkər dayanır. Bəzən şəkər bir neçə adla yazılır. Digər məsələ yağdır. Xüsusən doymuş yağ çox ola bilər. Bəzi məhsullarda trans yağ riski də olur. Duz da gözlənilmədən yüksək çıxa bilər. Üstəlik dadandırıclar və rəngləndiricilər çox olur. Bunlar birbaşa zəhər olmasa da məhsulun qida dəyirni aşağı salır. Etiketdə tərkibin ilk 3-5 sətrinə baxmalıyıq. Çünki tərkibdə ən çox olan maddələr əvvəl yazılır. Şəkərə diqqət etməliyik. Qlükoza-fruktoza siropu, fruktoza siropu, dekstroza, maltodekstrin kimi adlar şəkər deməkdir.
Sonra yağ hissəinə baxmalıyıq. Qismən hidrogenləşdirilən yağ yazılıbsa, bu yaxşı əlamət deyil. Trans yağla bağlı ola bilər. Qidalanma cədvəlində 100 qram üçün göstəricilərə baxmalıyıq. Şəkər və duz rəqəmi müqayisə üçün ən rahatıdır. Lif də yaxşı ipucudur. Lif azdırsa, məhsul tez acdırır.
Növbəti addım paketə baxmaqdır. Şişkinlik, deşik, yapışqanlıq varsa, almasaq yaxşıdır. Saxlama qaydası yazılıbsa, ona uyğun saxlanmalıdır”.

 

Səadət Əlizadə

#gündəm #paketdə #xəbər #təhlükəlidirmi? #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər