00:00:00
Yazar
Banuçiçək Məmmədova
16.04.2026 23:02 26 1 dəq oxuma
Dünya

Pakistan baş naziri Türkiyəyə gəlib

Pakistan baş naziri Türkiyəyə gəlib

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İshaq Dar X sosial şəbəkə hesabında məlumat yayıb.

 

"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - paylaşımda bildirilib.

Pakistanın xarici işlər naziri bildirib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir:

"Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".

#gündəm #gəlib #naziri #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər