00:00:00
Yazar
Güllər Gülhüseynova
12.04.2026 09:51 20 1 dəq oxuma
Dünya

Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib

Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib

Pakistan İslamabadda keçirilən İran-ABŞ danışıqları çərçivəsində Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı birgə patrul xidmətinin təşkilini nəzərdə tutan təşəbbüs təqdim edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbəyə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

 

"Pakistan tərəfi gəmilərin Hörmüz boğazından keçməsinin tənzimlənməsi ilə bağlı təşəbbüs təqdim edib. Bu təklif boğazın akvatoriyasında birgə patrul xidmətinin təşkilini nəzərdə tutur", - telekanalın həmsöhbəti bildirib.

 

Bundan əlavə, mənbə qeyd edib ki, Amerika və İran tərəfləri arasındakı danışıqlar birbaşa xarakter daşıyırdı, Pakistan isə bilavasitə iştirak edirdi.

#gündəm #boğazında #yeni #pakistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər