Pakistan nümayəndə heyəti bu gün Tehrana gəlir - Bəqai
Pakistan nümayəndə heyəti bu gün Tehrana səfər edəcək.
"İnformator.az" APA-ya istinadla xəbər verir ki, bu barədə bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.
“İranla Pakistan arasında danışıqlar davam edir. Mesaj mübadiləsi hələ bazar ertəsi günü başlayıb”, - Bəqai deyib.
İran XİN sözçüsü qeyd edib ki, İran Pakistanla əvvəlki danışıqlar çərçivəsində yeni mərhələyə qədəm qoyur: “Bazar ertəsi günü İran nümayəndə heyəti Tehrana qayıdandan sonra pakistanlı vasitəçilər yolu ilə (ABŞ-lə) mesaj mübadiləsi aparılıb”.