00:00:00
Yazar
Admin User
04.05.2023 12:30 268 1 dəq oxuma
Dünya

Pakistanda məktəbə silahlı hücum

Pakistanda məktəbə silahlı hücum

Pakistanın Paraçinar şəhərində məktəbə silahlı hücum olub.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hücumda 7 müəllim həlak olub.

 

Polis rəsmiləri hücumun səbəbi ilə bağlı araşdırmaya başladıqlarını və hadisənin terrorla əlaqəli ola biləcəyini bildirib.

 

Adı terror hücumları ilə hallanmayan Paraçinarda şiə əhalisinin üstünlük təşkil etdiyi məlumdur. Pakistandakı məktəblər adətən hücumların hədəfi olmur.

 

Qeyd edək ki, Pakistanda sonuncu məktəbə hücum 2014-cü ilin dekabrında Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində olmuşdu. Silahlı və bombalı hücum nəticəsində aralarında tələbələr və müəllimlər də daxil olmaqla 148 nəfər həlak olmuşdu.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər