Pakistanda ticarət mərkəzi yanıb
Pakistanın Kəraçi şəhərində “Gul Plaza” ticarət mərkəzində baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 60 nəfər itkin düşmüş sayılır.
"İnformator.az" "APA"ya istinadən xəbər verir ki, ticarət mərkəzində itkin düşmüş şəxslərin xilas edilməsi istiqamətində səylər davam edir.
Yanğınsöndürənlər artıq 20 saatdan çoxdur ki, ticarət mərkəzində yanğınla mübarizə aparır.
