Papadan qadınlar üçün tarixi seçki hüququ
Katolik Kilsəsinin lideri Papa Fransisk gələn oktyabrda keçiriləcək Yepiskoplar Məclisinin iclasında qadınların səs verməsi barədə qərar qəbul edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Yepiskop olmayan ruhanilərə, mülki şəxslərə və qadınlara da dünya üzrə yepiskopların sinod iclasında səsvermə hüququ veriləcək.
Oktyabr ayında keçirilən sinodda Papa yarısı qadınlardan ibarət olan 70 qeyri-yepiskopu səs vermə üçün təyin edib.
Qeyd edək ki, 1960-cı illərdə yaradılmış sinod Katolik Kilsəsinin təlimlərinə, mübahisəli məsələlərə müraciət edir və Papaya məsləhət vermək üçün məsləhət şurası kimi fəaliyyət göstərir.
Bu günə qədər qadınların əksəriyyəti yepiskoplar məclisində yalnız müşahidəçi qismində iştirak edə bilib.
Katolik kilsəsində qadınların yepiskopluq kimi vəzifələrə çıxışı yoxdur. Növbəti sinodda qadınların kilsədəki rolunun da müzakirə ediləcəyi gözlənilir.
Sayad
