00:00:00
Yazar
Səadət Əlizadə
28.03.2026 20:11 12 1 dəq oxuma
Dünya

Parisdə "Bank of America"nı partlatmaq istəyənlərdən biri saxlanılıb

Parisdə "Bank of America"nı partlatmaq istəyənlərdən biri saxlanılıb

Fransa polisi Parisin mərkəzindəki "Bank of America"nın (BAC.N) ofisinin yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salmağa cəhd etdiyi ehtimal olunan kişini saxlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən Fransanın "Le Parisien" qəzeti məlumat yayıb.

 

Fransanın daxili işlər naziri Loran Nunyes sosial şəbəkə hesablarında bildirib ki, antiterror prokurorluğu bu insidentlə bağlı istintaqa başlayıb. Onun sözlərinə görə, istintaq Parisin məhkəmə polisinə və Fransanın DGSI (Fransa DİN-ə tabe olan əsas daxili kəşfiyyat və əks-kəşfiyyat agentliyi) xüsusi xidmət orqanına tapşırılıb.

#parisdə #biri #partlatmaq #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər