Paşinyan Ermənistanda keçirilən seçkidən sonra ilk dəfə Rusiyaya səfər edib
Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya yola düşüb. Bu, onun Ermənistanda keçirilən parlament seçkisindən sonra Rusiyaya ilk səfəridir.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Nikol Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom 2026" beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunacaq "Sənaye 360: Sərhədsiz istehsal" adlı plenar iclasda iştirak edəcək.
Mətbuat xidməti həmçinin bildirib ki, səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Baş naziri Mixail Mişustin arasında görüşün keçirilməsi də nəzərdə tutulub.
TASS
Nuray Əliyeva