00:00:00
Yazar
Cavahir Əsgərbəyli
21.04.2026 17:50 23 1 dəq oxuma
Dünya

Paşinyan NATO rəsmisi ilə görüşüb

Paşinyan NATO rəsmisi ilə görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Paşinyan Hamiltonla görüşdə regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün Ermənistanla NATO arasında əməkdaşlığın və sıx dialoqun vacibliyini vurğulayıb.

 

Həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlığının gündəliyindəki bir sıra məsələni müzakirə edib.

 

Həmçinin əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə proqramların effektiv şəkildə həyata keçirilməsi müzakirə edilib.

 

Hamilton da qeyd edib ki, NATO Ermənistanla tərəfdaşlığa böyük əhəmiyyət verir və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır.

 

#gündəm #rəsmisi #nato #paşinyan #görüşüb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər