00:00:00
Yazar
Güllər Gülhüseynova
03.07.2026 19:15 46 1 dəq oxuma
Siyasət

Paşinyan Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərinin çəkilməsinin vacibliyini vurğulayıb

Paşinyan Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərinin çəkilməsinin vacibliyini vurğulayıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə elektrik xətlərinin çəkilməsinin ölkəsinin enerji təhlükəsizliyini gücləndirəcəyinə dair açıqlaması regionda tərəfdaşlıq perspektivlərini yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın bu bəyanatı ilk növbədə İrəvanın regional inteqrasiyaya meyilli olduğunu göstərir:

 

"Bu, sülh danışıqları ilə bağlı mövqeyin real və dəyişməz olduğuna dair diqqətçəkən bir göstərici kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu gün Ermənistan üçün Rusiya və İrandan asılılığı aradan qaldıra biləcək alternativ enerji təchizatının təmin olunmasında əsas amil Bakı və Ankara ilə əlaqələrin inkişafıdır. Ermənistan rəhbəri hesab edir ki, bu sahədəki əməkdaşlıq ölkəni Rusiyanın monopoliyasından uzaqlaşdıra, həmçinin İranın mümkün təzyiqlərindən qurtara bilər”.

 

Politoloqun sözlərinə görə, bu addım həm mənbələrin şaxələndirilməsinə, həm də daha dayanıqlı və etibarlı alternativlərlə təminata şərait yaradır:

 

“Digər tərəfdən, enerji sahəsindəki layihələr regionda qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayır, ticari və iqtisadi əlaqələrin inkişafına təkan verir. Ümumilikdə isə bu proses Cənubi Qafqazın sabitliyini və yeni geosiyasi şəraitə uyğun münasibətlər sisteminin formalaşmasını ifadə edir. Bu əlaqələr dərinləşdikcə regional dövlətlərin birgə fəaliyyəti zərurətə çevrilir ki, bu da sülh danışıqlarının geri dönməz xarakter daşımasına töhfə verir".

 

Selcan Xudiyeva

#Azərbaycan #Türkiyə #Ermənistan #enerji #əməkdaşlıq #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər