00:00:00
Yazar
Admin User
27.06.2025 06:55 140 1 dəq oxuma
Dünya

Paşinyandan 1 həftə sonra erməni nazir də Türkiyəyə gedir

Paşinyandan 1 həftə sonra erməni nazir də Türkiyəyə gedir

Bu gün Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan müşavirlərindən birinin müşayiəti ilə Türkiyəyə yola düşəcək.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, səfərin məqsədi 30-dan çox ölkədən nəqliyyat sektoru rəhbərlərinin iştirak etdiyi “Nəqliyyat Bağlantısı üzrə Qlobal Forum”da iştirak etməkdir.

 

“Hraparak” nəşri yazıb ki, Paşinyan Türkiyəyə getməzdən əvvəl David Xudatyan və onun müavini Armen Simonyanla məsləhətləşmələr aparıb, onlar bir sıra məsələləri müzakirə ediblər: Ermənistandan Türkiyəyə mal ixrac etmək və Türkiyədən Ermənistana mal idxal etmək de-yure mümkündürmü, Türkiyədən tranzitlə malların daşınması və Türkiyədən Ermənistan vasitəsilə de-yure tranzit keçə bilərmi?

 

“İstisna deyil ki, Türkiyə səfərinin əsl məqsədi bu məsələləri konstruktiv məcraya yönəltmək və əlaqələr qurmaqdır”, - nəşr bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər