Paşinyandan İran səfirinə cavab: Mümkün addımları atacağıq
İrandan gələn bəyanatlara çox diqqətlə yanaşırıq. Dost ölkəmizin narahatlıqlarını aradan qaldırmaq üçün hər şeyi etdik və etməyə davam edəcəyik.
"İnformator.az" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İrəvan İran səfirliyinin işinə heç nəyin mane olmamasını təmin etmək üçün yaxından nəzarət edir. Vəziyyəti, o cümlədən ifadə edilən narahatlıqlarla bağlı vəziyyəti yaxından izləyəcəyik. Qardaş İran səfirliyinin işində problemin olmaması üçün bütün mümkün addımları atacağıq. Qanunu pozan bütün şəxslərə qarşı müvafiq tədbirlər görüləcək”, - Paşinyan bildirib.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami İrəvandakı səfirliyin önündə Pəhləviyə və etirazlara dəstək aksiyasının keçirilməsinə etiraz edib.
